Baş Prokurorluğun Kollegiyasının 26 dekabr 2025-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi” üzrə Qazax rayon prokurorluğunun tədbirlər planının icrası məqsədilə silsilə maarifləndirici tədbirlər keçirilir.
"Unikal" xəbər verir ki, növbəti maarifləndirici tədbir Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbin IX, X və XI sinif şagirdləri üçün təşkil olunub.
Məktəblilərlə hərbi xidmətə çağırış, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, erkən nikahın qanunvericilikdə qadağan edilməsinə dair və ailə zorakılığı barədə maarifləndirici söhbət aparılıb. “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” ilə əlaqədar “Təmiz gələcək - #YoxDe”, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən hərbi xidmətə çağırış, hərbi xidmətdən azadetmə və ya möhlət verilməsinin şərtləri və hərbi xidmətə yararsızlığın tibbi meyarları, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə məsuliyyət, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə məsuliyyət, erkən nikahın qanunvericilikdə qadağan edilməsinə dair qanunvericiliyin tələbləri, ailədaxili zorakılıq, habelə gənclər arasında hüquq pozuntuları və ictimai asayişin pozulması kimi hallar üzrə qeyd olunan hərəkətlərə yol verilməsinin hüquqi nəticələri, şagirdlərin dərsə davamiyyəti, çətin tərbiyə olunan və risk qrupuna aid edilən şagirdlərlə bağlı görülmüş işlər və digər mövzularında şagirdlərlə ətraflı söhbət aparılıb.
Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək iştirakçıları, məktəbliləri salamlayıb, keçirilən tədbirin əhəmiyyətini diqqətə çatdıraraq, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə tədbirlərində iştirak etməyin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb.
Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev çıxış edərək məktəbliləri salamlayıb, onlarla olan bugünkü görüşün əhəmiyyətindən söz açıb. Rayon prokuroru hərbi xidmətə çağırış, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar, erkən nikahın qanunvericilikdə qadağan edilməsinə dair və ailə zorakılığı sahəsində görülmüş işlər, həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.
Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov çıxışı zamanı cəmiyyətin gələcəyinin sağlam təməllər üzərində qurulmasının vacibliyini vurğulayaraq bildirib ki, düzgün istiqamətləndirmə hər birimizin üzərinə düşən mühüm məsuliyyətdir. O, qeyd edib ki, narkomaniya insan həyatını tədricən məhv edən, erkən nikah fərdlərin inkişaf imkanlarını məhdudlaşdıran, dini radikalizm isə cəmiyyətin sabitliyinə ciddi təhlükə yaradan amillərdəndir.
Qazax rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Aidə Nəzərli çıxış edərək məktəbliləri salamlayıb, onlarla təşkil olunmuş görüşün əhəmiyyətindən söz açıb. A.Nəzərli cəmiyyəti narahat edən, xüsusilə gənc nəslin şəxsi keyfiyyətlərinin formalaşmasına mənfi təsir göstərən bir sıra ictimai təhlükəli əməllərin qarşısının alınması üçün profilaktik tədbir görülməsini ehtiva edən “Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi” əsasında hazırlanmış Qazax rayon prokurorluğunun “Tədbirlər planı”nın icrası ilə əlaqadar hazırki tədbirin təşkil olunduğunu bildirib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini vurğulayıb. K.Cəfərova qeyd edib ki, narkomaniya insanın narkotik və psixotrop maddələrdən asılı vəziyyətə düşməsi ilə xarakterizə olunan ciddi xəstəlikdir. Bu, yalnız insanın sağlamlığına deyil, ailəsinə, cəmiyyətə və gələcəyinə də böyük zərər vurur.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində Həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi baş leytenant Vüsal Dolxanov çıxış edərək hərbi xidmətə çağırışın əsasları və möhlət hüququnun yaranması barədə ətraflı məlumat verib.
Tədbirdə məktəblilərə Baş Prokurorluq tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, onların insan sağlamlığına və cəmiyyətə vurduğu zərər barədə məlumatlılığın artırılması məqsədilə hazırlanmış və əvvəlcədən çap edilmiş maarifləndirici bukletlər də paylanılıb.






.webp)




















.jpg)
.jpeg)







.jpg)




.jpeg)









