Ölkənin cənubunda İran Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən Amerikaya məxsus MQ-1 pilotsuz təyyarəsi ələ keçirilərək məhv edilib.

"Unikal" xəbər verir ki, bu barədə  İran Dövlət Televiziyası orduya istinadən məlumat yayıb. 

"Bir neçə saat əvvəl Kuhestak bölgəsində (Sirik sahili) İran İslam Respublikasının Birgə Hava Hücumundan Müdafiə Qərargahının vahid şəbəkəsi daxilində fəaliyyət göstərən İran İslam Respublikasının dəniz qüvvələrinin yeni hava hücumundan müdafiə sistemi tərəfindən Amerika düşmən təcavüzkarına məxsus MQ-1 pilotsuz təyyarəsi ələ keçirilərək məhv edilib", - açıqlamada qeyd olunub. 

Ordu İranın ərazi bütövlüyünü, dəniz sərhədlərini və maraqlarını qorumaq üçün bir an belə tərəddüd etməyəcəyini bildirib.