"Bu gün bizim bəstəkarlar acınacaqlı vəziyyətdə yaşayırlar".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül Fondunda təşkil etdiyi ictimai dinləmədə deyib.
Xalq artisti bildirib ki, artıq diplomda bəstəkar sözü yazmırlar:
"Artıq bəstəkarlıq fakültələri yavaş-yavaş bağlanır və ya başqa fakültələrlə birləşir. Bir neçə ildir heç kim bəstəkarlığa qəbul olmaq istəmir. Nə üçün? Ona görə ki, nə bəstəkara qiymət verən var, nə də onun əsərlərini alan. Gənc bəstəkarlar yanıma gələrək ağlayırlar. Onlar işə götürülmədiklərini deyirlər".
Anar Kəlbiyev







.jpg)
.jpeg)







.jpg)




.jpeg)




















