Mərhum Xalq artisti Ramiz Əzizbəylinin Nəsimi Rayon Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanının təqdimatına baxılıb.

"Unikal" Lent.az-a istinadən xəbər verir ki, məhkəmə hər iki şəxs barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılmasına qərar verib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər külli miqdarda dələduzluq etməkdə ittiham edilirlər. Onlar ötən ay məhkəmənin qərarı ilə həbs ediliblər.

Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.