Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbində və Poylu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında keçirdiyi səyyar qəbullarda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də yerli sakinlər iştirak ediblər.
"Unikal" xəbər verir ki, İH başçısı səyyar qəbullar zamanı etdiyi çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar sayəsində ölkəmizin əldə etdiyi mühüm sosial-iqtisadi nailiyyətləri diqqətə çatdırıb. Çıxışlarda dövlətimizin sarsılmaz hərbi qüdrəti, regional təhlükəsizlikdə oynadığı aparıcı rol və ölkədə hökm sürən sabitlik, sülh və əmin-amanlıq xüsusi qeyd olunub. Eyni zamanda, yerlərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasının və sosial rifahın yüksəldilməsinin dövlət başçısının daim diqqət mərkəzində saxladığı əsas istiqamətlərdən biri olduğu bildirilib.
Səyyar qəbullarda iştirak edən sakinlərin müraciət və təklifləri ayrı-ayrılıqda dinlənilib, onları narahat edən məsələlər ətraflı şəkildə araşdırılıb. Qaldırılan məsələlərin qısa müddətdə və qanunamüvafiq qaydada həll edilməsi məqsədilə aidiyyəti qurumların məsul şəxslərinə konkret tapşırıq və tövsiyələr verilib, icraları nəzarətə götürülüb.













.jpg)







.jpg)




.jpeg)



















