Azərbaycan Ordusunun Ermənistanda saxlanılan hərbçisi Nəsimi Musayev barəsində aparılan cinayət işi üzrə istintaq tədbirləri tamamlanıb.
"Unikal" xəbər verir ki, Ermənistanın "NEWS.am" nəşrinin yaydığı məlumata əsasən, materiallar ittiham aktının təsdiqlənməsi məsələsinə baxılması üçün prokurora təqdim olunub.
Ermənistan tərəfinin iddiasına əsasən, hadisə 2026-cı il oktyabrın 1-də Sünik vilayətinin Şaki kəndində baş verib. Bildirilir ki, Musayev həmin gün saat 14:00 radələrində kənddəki evlərdən birinə daxil olub. Ev sakinləri tərəfindən aşkarlandıqdan sonra atəş açdığı və nəticədə 1987-ci il təvəllüdlü Ani Avetisyanı yaraladığı iddia edilir.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin rəhbəri Artur Poqosyan noyabrın 3-də məsələ ilə bağlı danışarkən Azərbaycan hərbçisinin qadını öldürmək niyyətində olmadığını söyləyib. O, Musayevin ifadəsində sıx duman səbəbindən istiqaməti itirdiyini və yolu azdığını bildirdiyini vurğulayıb.







.jpg)
.jpeg)







.jpg)



.jpeg)





















