Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının “Seymur Orucov küçəsi 3A” ünvanı üzrə ərazi partiya təşkilatında (Əli Əmirov adına Neft-Qaz Çıxarma İdarəsi) Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələrə həsr olunmuş görüş baş tutub.
"Unikal" xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, ərazi partiya təşkilatının sədri, Əli Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi Rauf Alməmmədov, ərazi partiya təşkilatı sədrinin müavini İlqar Yusifov, xidmət rəisi Mehriban Hacıyeva çıxış ediblər.
Çıxış edənlər Prezident İlham Əliyevin qurultaydakı nitqinin partiyanın gələcək fəaliyyət istiqamətlərini və yeni dövrün çağırışlarını əks etdirdiyini bildiriblər.
Neft-qaz sənayesinin ölkənin iqtisadi qüdrətinin artırılmasındakı roluna toxunan natiqlər qurultaydan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində səylə çalışacaqlarını qeyd ediblər.
Görüşdə maarifləndirmə işinin genişləndirilməsi, gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətində təşəbbüskarlığın artırılması və Partiyanın VIII Qurultayından irəli gələn vəzifələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.












.jpg)



























.jpg)









