Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan restoranın fəaliyyəti dayandırılıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşları Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar ediblər.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.