"İran seçkilərdən sonra İsraildə kimin hakimiyyətə gəlməsinə biganə yanaşır".
"Unikal" xəbər verir ki, bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi deyib.
"Belə bir vəziyyətdə qətl və soyqırımdan başqa heç bir nailiyyəti olmayan bir rejimə kimin rəhbərlik etməsi bizim üçün heç bir fərqi yoxdur", - deyə o, brifinq zamanı bildirib.
Xatırladaq ki, İsraildə parlament seçkiləri 27 oktyabrda keçiriləcək. Nəticələr yeni Knesseti müəyyən edəcək və bundan sonra ən çox yer qazanan partiyanın liderinə yeni hökumət qurmaq tapşırılacaq.
















.jpg)

































