Serbiyanın “Partizan” komandası baş məşqçisi Saşa İliçlə vidalaşıb.

"Unikal" xəbər verir ki, bu barədə Belqrad təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Buna komandanın uğursuz çıxışı səbəb olub.

Saşa İliç ötən mövsüm “Sumqayıt”ı çalışdırıb. O, yayda “Partizan”ın baş məşqçisi təyin olunmuşdu.