Malayziyanın Cohor-Baru şəhərində “Chery Omoda 5” markalı avtomobilin arxa asqı sistemi və təkərlərinin kuzadan ayrılması ciddi narahatlığa səbəb olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisədən sonra “Chery” şirkətinin İdarə Heyətinin sədri Yin Tongyue Dünya Ağıllı və Əlaqəli Nəqliyyat Vasitələri Konfransında ictimaiyyətdən və Malayziya rəsmilərindən rəsmi olaraq üzr istəyib.
Hadisədən sonra Malayziyanın Yol Nəqliyyatı Departamenti (JPJ) operativ tədbirlər görərək istehsalçıya qarşı hüquqi prosedurlara başlayıb. Potensial təhlükəsizlik risklərini qiymətləndirən qurum “Omoda 5” modelinin nəqliyyat vasitəsi tipinin təsdiqini dayandırıb və ölkədə bu model üzrə yeni avtomobillərin qeydiyyatını müvəqqəti olaraq qadağan edib.
























.jpg)























