Bakının Suraxanı rayonunun Cavid Cabbarzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar 5 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil olunub.

Bu barədə "Unikal"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

106, 141, 168 və 169 nömrəli marşrutlar Heydər Əliyev prospekti, 214A nömrəli marşrut isə 25-ci Bülbülə küçəsi ilə hərəkət edir.