Türkiyəli tanınmış tarixçi və yazıçı İlber Ortaylının şəxsi əşyaları vatsap qruplarının birində satışa çıxarılıb. 

"Unikal" xəbər verir ki, alimin əşyalarını satışa çıxaran isə qızı Tuna Ortaylıdır. 

Yaranmış etirazlardan və mübahisələrdən sonra Tuna açıqlama yaymalı olub. O, atasının İstanbulda bağlanmalı olan 7 evinin olduğunu və heç bir sentimental və ya miras dəyəri olmayan əşyalarının satışından əldə edilən gəlirin TEMA Fondu tərəfindən onun adına yaradılacaq xatirə meşəsinə töhfə vermək üçün istifadə ediləcəyini bildirib. 

"Atamın adına bir kitabxana quracağıq, çünki bir akademik olaraq o, çay fincanları ilə deyil, kitabları ilə xatırlanmağı üstün tutardı", - deyə Tuna bildirib.

Qeyd edək ki, İlber Ortaylıya məxsus bəzi əşyalar, məsələn, fincan və vazalar 200 ilə 800 lirə arasında dəyişən qiymətlərlə satışa çıxarılıb. Bəzi sosial media istifadəçiləri buna mənfi reaksiya verərkən, digərləri İlber Ortaylının adına muzeyin yaradılmasının vacibliyini müdafiə ediblər.