Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Zirə qəsəbəsində fəaliyyət göstərən “Xəmsə-M” MMC quşçuluq müəssisəsində olub.
"Unikal" xəbər verir ki, müəssisədə baytarlıq nəzarətinin təşkili, biotəhlükəsizlik tədbirlərinin tətbiqi, istehsal prosesinin müxtəlif mərhələləri, izləmə sistemi, həmçinin məhsulların qida təhlükəsizliyi tələblərinə uyğunluğu istiqamətində görülən işlərlə tanışlıq olub.
AQTA sədri qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində normativ tələblərə əməl edilməsinin vacibliyini vurğulayaraq, ixracın şaxələndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Müəssisə rəhbərliyi tərəfindən quşçuluq sektorunda mövcud vəziyyət, istehsal gücü, tətbiq olunan texnologiyalar, həyata keçirilən tədbirlər və gələcək inkişaf planları barədə məlumat verilib, məhsullar barədə təqdimat keçirilib. Bununla yanaşı, sahə üzrə kadr potensialının gücləndirilməsi və quşçuluq təsərrüfatlarının davamlı inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.




















.jpg)






.jpg)















.jpg)


