16 iyul 2026-cı il tarixində Ağdam Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevin atası, “Qarabağ şahinləri” batalyonunun komandiri, qəhrəman döyüşçü Yaqub Rzayevin anım günü qeyd edilib.

"Unikal" xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Yaqub Rzayevin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları “Şəhidlər” Abidə Kompleksinin önünə gül dəstələri düzərək şəhidlərin ruhuna ehtiramlarını ifadə etmişlər. Ağdam Muğam Mərkəzində davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Yaqub Rzayevin keçdiyi döyüş yolundan bəhs edən sənədli film nümayiş etdirilib. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Yaqub Rzayevin həyat yolundan, vətən uğrunda göstərdiyi qəhrəmanlıqlardan və Qarabağ döyüşlərindəki igidliyindən bəhs etmişlər. Onlar onun “Qarabağ şahinləri” dəstəsini yaradaraq Ağdamın müdafiəsində mühüm rol oynadığını, xalq arasında böyük nüfuz qazandığını qeyd etmişlər. Həmçinin Yaqub Rzayevin oğlu, Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevin şəhidlik yolundan, onun Vətən qarşısındakı xidmətlərindən danışmışlar. Sonda Yaqub Rzayevin ailə üzvləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Ağdamda Milli Qəhrəman Canpolad Rzayevin atasının anım günü qeyd edilib - FOTOLAR