Türkiyəli müğənni İlyas Yalçıntaş adının hallandığı narkotik istintaqı çərçivəsində saxlanılması ilə bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı bəyanatda hüquqi proses davam etdiyi üçün hazırda ətraflı danışmasının düzgün olmayacağını bildirib. İlyas Yalçıntaş yayılan bəzi xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayaraq, evində qadağan olunmuş maddənin aşkar edilmədiyini qeyd edib.
"Əvvəlcə onu bildirmək istəyirəm ki, bəzi xəbərlərin əksinə olaraq, evimdə hər hansı qadağan olunmuş maddə tapılmayıb. Xəbərlərdə qeyd olunan "həssas tərəzi" isə kalori və qidalanma nəzarəti üçün istifadə etdiyim, mətbəx masasının üzərində açıq şəkildə duran tamamilə qanuni və adi mətbəx tərəzisidir" deyə, o bildirib.
Müğənni məhkəmə prosesinə tam güvəndiyini ifadə edərək, həqiqətlərin ən qısa zamanda üzə çıxacağına inandığını vurğulayıb:
"Hüquqi prosesə tam güvənirəm. Həqiqətlərin ən qısa zamanda üzə çıxacağına inanıram və proses yekunlaşana qədər ictimaiyyətdən sağlam düşüncə və anlayış gözləyirəm".






.jpg)
















.jpeg)

.jpg)


.jpg)

























