Cənubi Afrika Prezidenti Siril Ramafosanın təyyarəsi uçuş zamanı texniki nasazlıqla üzləşib.
"Unikal" xəbər verir ki, Ramafosa 16 iyul səhəri Pretoriya şəhəri yaxınlığında yerləşən "Waterkloof" Hərbi Bazasından yola düşüb. Təyyarə ölkənin cənub-şərqindəki Durbana gedirmiş və prezident yeni Toyota istehsal xəttinin açılışında iştirak etməyi planlaşdırırmış. Lakin uçuş zamanı texniki problem yaranıb və təfərrüatlar açıqlanmayıb.
Cənubi Afrika Prezidentinin sözçüsü Vinsent Maqvenya bildirib ki, "Təyyarəmizdə texniki problem yaranıb. Biz geri dönüb bazaya qayıtmağa məcbur olduq".
Ramafosa daha sonra Durbanda keçirilən tədbirdə onlayn çıxış edib.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.







.jpg)
















.jpeg)

.jpg)


.jpg)

























