Bu ilin 6 ayı ərzində prokurorluq əməkdaşları tərəfindən xidməti, icra və əmək intizamı qaydalarına riayət olunmasına ciddi nəzarət edilməklə, Bakı şəhər prokurorluq orqanlarının 1 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduğu vəzifədən azad olunub.
"Unikal" xəbər verir ki, bu barədə 16-da Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2026-cı ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.
Qeyd edilib ki, Bakı şəhər prokurorunun müavinləri və tabe rayon prokurorları hesabat məruzəsi ilə çıxış edərək, görülən işlərin vəziyyəti barədə məlumat verilib, yol verilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görüləcək.





























.jpg)






.jpg)











