Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda üçüncü qol vurulub.
"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçisi fərqi daha da artırıb - 3:0.
Eren Aydın 70-ci dəqiqədə dubl müəllifi olub.
21:10
XXX
Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.
"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçisi fərqi daha da artırıb - 2:0.
39-cu dəqiqədə Amin Seydiyev fərqlənib. Hazırda ilk hissə başa çatıb.
XXX
20:29
Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
"Unikal" xəbər verir ki, qarşılaşmada ilk qolu Azərbaycan təmsilçisi vurub.
25-ci dəqiqədə Eren Aydın fərqlənib.
XXX
20:00
Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında təşkil olunan UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.
"Unikal" xəbər verir ki, qarşılaşma Kutaisidəki "Şengeliya Arena"da keçirilir.
Görüşün baş hakimi macarıstanlı FIFA referisi Mihali Kapraydır.
Cütün qalibi növbəti mərhələdə "Hegelmann" (Litva) – "Payde" (Estoniya) duelinin güclüsü ilə görüşəcək.
Xatırladaq ki, Sumqayıtdakı ilk oyunda "Zirə" rəqibini üç cavabsız qolla məğlub edib.













.jpeg)

.jpg)


.jpg)





























