İki aylıq nisbi sakitlikdən sonra Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib.

"Unikal" xəbər verir ki, Bir gün əvvəl İran Bəhreyndəki Amerika hərbi bazasına pilotsuz təyyarə hücumu etdib və ABŞ bölgəyə üçüncü təyyarədaşıyan gəmi göndərib. Tehran açıq şəkildə qabaqlayıcı zərbə endirməklə hədələyir. "Bild" nəşrinin məlumatına görə, ötən həftə müharibənin "faktiki olaraq bitdiyini" elan edən Donald Trampın əlavə tədbirlər üçün üç variantı var.

Birinci ssenari zərbələrin bərpasıdır. "The New York Times" qəzetinin məlumatına görə, ABŞ və İsrail İranın enerji infrastrukturuna və iqtisadi obyektlərinə yeni hücumları nəzərdən keçirirlər. "Axios" qəzetinin məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu zərbələrin bərpasında israr edir.

İkinci ssenari diplomatik təzyiqdir. Cümə axşamı Tramp Çinin Şençjen şəhərində Si Cinpin və Vladimir Putinlə görüşəcək. Medianın məlumatına görə, ABŞ prezidenti onlarla İrandakı müharibəni müzakirə etmək niyyətindədir. ABŞ-nin hərbi mövcudluğu İran neftinin ən böyük alıcısı olan Çinə qarşı əlavə təsir gücünə çevrilə bilər.

Üçüncü ssenari dəniz blokadasının davamıdır. ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, Tehrana iqtisadi təzyiq artıq o qədər böyükdür ki, əlavə zərbələrə ehtiyac yoxdur. Lakin diplomatik həll yolu hələ də mümkündür: 17 noyabrda İranın xarici işlər naziri Vaşinqton və Tehran arasında vasitəçi kimi çıxış edən Omana səfər edəcək.

Nuranə Abbasova