Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasəti beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın inkişafına və ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bu siyasətin mühüm istiqamətlərindən biri də Avropa dövlətləri ilə siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdirilməsidir.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem arasında “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması bu baxımdan mühüm hadisədir.
Yeni Bəyannamə iki ölkə arasında uzun illər ərzində formalaşmış münasibətlərin davamlılığını təmin etməklə yanaşı, əməkdaşlığın daha geniş çərçivədə inkişafı üçün siyasi əsas yaradır. Sənəd 1994-cü və 1998-ci illərdə imzalanmış dostluq və tərəfdaşlıq haqqında birgə bəyannamələrə əsaslanır və ikitərəfli münasibətlərin müasir dövrün çağırışlarına uyğun yeni məzmunla zənginləşdirilməsini nəzərdə tutur.
Bəyannamənin mühüm siyasi məqamlarından biri beynəlxalq hüququn fundamental prinsiplərinə münasibətdə tərəflərin ortaq mövqeyinin təsdiqlənməsidir. Dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı sənədin əsas prinsipləri kimi müəyyən edilir. Bununla yanaşı, 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti vurğulanır, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar müsbət qiymətləndirilir.
Sənədin əhatə etdiyi məsələlər göstərir ki, Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı yalnız ikitərəfli siyasi dialoqla məhdudlaşmır. Burada regional təhlükəsizlik, beynəlxalq əməkdaşlıq, iqtisadi sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları kimi geniş geosiyasi və iqtisadi məsələlər də öz əksini tapır. Xüsusilə, Orta Dəhlizin inkişafına verilən dəstək Azərbaycanın regionlararası nəqliyyat və ticarət əlaqələrindəki rolunun əhəmiyyətini bir daha önə çıxarır.
Digər tərəfdən, sənəddə təhsil, elm, innovasiya, rəqəmsal transformasiya və insanlararası əlaqələrin inkişafına yer ayrılması tərəfdaşlığın uzunmüddətli xarakter daşıdığını göstərir. Bu yanaşma əməkdaşlığın yalnız bugünkü ehtiyaclara deyil, həm də gələcək nəsillərin inkişafına yönəldiyini nümayiş etdirir.
Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Birgə Bəyannamə qarşılıqlı etimadın möhkəmləndirilməsi, ortaq maraqların uzlaşdırılması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli siyasi sənəddir. Sənədin həyata keçirilməsi iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə və strateji tərəfdaşlığın yeni perspektivlər qazanmasına xidmət edəcək.
Fatma Xıdırlı
Beyləqan RİH başçısı aparatının baş məsləhətçisi



.jpg)

.jpg)









.jpeg)
.jpg)
























.png)
.jpeg)





.jpg)
.jpg)

.jpg)

