Ağdam Dövlət Dram Teatrının aktyoru, fəxri mədəniyyət işçisi Cəfər Nəriman oğlu Bayramov vəfat edib.
"Unikal" xəbər verir ki, o, 63 yaşında həyatla vidalaşıb.
29 oktyabr 1963-cü ildə Ağdərə rayonunun Baş Güney kəndində anadan olan Cəfər Bayramov 1985–1987-ci illərdə M.Əzizbəyov adına Şuşa Mədəni-Maarif Texnikumunda təhsil alıb. 1988-ci ildən Ağdam Dövlət Dram Teatrında dram artisti kimi fəaliyyət göstərib.
İlk səhnə işi Mirzağa Atəşin “Şərəfin sandığı” tamaşası olub. O, N.B.Vəzirovun “Ağa Kərim xan Ərdəbili”, S.İbrahimlinin “Sandığın toyu”, “Cənnət və Cəhənnəm”, Sevinc Elsəvərin “Ürəyində arzu tut”, A.İdrisoğlunun “Qoşulub qaçan qız” və digər tamaşalarda çıxış edib.












.jpg)
















.jpg)












.jpg)







