Türkiyə Avropa, Qafqaz və Orta Asiya arasında nəqliyyat əlaqəsinin təmin edilməsində mərkəzi rol oynayır.

"Unikal" xəbər verir ki, bunu "Anadolu Agentliyi"nə verdiyi müsahibədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O bildirib ki, ölkəsi Avropa, Qara dəniz regionu, Qafqaz və Orta Asiya arasında nəqliyyat əlaqəsi məsələlərində əsas mövqe tutur.

Fidanın sözlərinə görə, Türkiyənin mərkəzi rolu bütün tərəflər tərəfindən tanınır və buna görə də Ankara müvafiq məsuliyyəti öz üzərinə götürməli, həll yolları təklif etməli və onların irəliləməsi üçün katalizator kimi çıxış etməlidir.