"Kristal Pelas"ın yeni baş məşqçisi müəyyənləşib
"Unikal" xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb. Komandanı Danimarkalı mütəxəssis Tomas Frank çalışdıracaq.
London klubu 52 yaşlı məşqçi ilə razılığa gəlib. Frankın məşqçilər korpusunun formalaşdırılması ilə bağlı danışıqlar da yekunlaşmaq üzrədir.
Gözlənilir ki, “Brentford”un sabiq baş məşqçisi noyabrın 21-də “Koventri” ilə matçda “Kristal Pelas”a rəhbərlik edəcək.
Qeyd edək ki, “Kristal Pelas” ötən həftə Pyer Saçı baş məşqçi vəzifəsindən istefaya göndərib. Komanda İngiltərə Premyer Liqasında ilk 10 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


















.jpg)












.jpg)








.jpg)










