"Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. 

“Unikal”ın əldə etdiyi məlumata görə, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə böhtan atma), 148-ci (təhqir) maddəsi ilə təqsirləndirildiyi iş üzrə bu gün  Nərimanov Rayon Məhkəməsində qərar qəbul edilib.

Belə ki, Röyal Masiyev cinayət işi üzrə ardıcıl bir neçə dəfə üzrlü səbəb olmadan məhkəmədə iştirak etmədiyi üçün cinayət işinə bu əsasla xitam verilib.

Qeyd edək ki, Könül Həmzəyeva ilə bağlı tanınmış influenserlər Fidan Rzayevadan (Fidan Zeyn), Əfsanə Qasımovadan (Azerina), eyni zamanda daha bir şəxs də şikayətçidirlər. Cinayət Məcəlləsinin 178-ci maddəsi (Dələduzluq) ilə başlanılan həmin cinayət işi isə hazırda Xətai RPİ-də araşdırılaraq istintaqı davam etdirilir.

Orxan Rasifoğlu