ABŞ prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitinə Qətər tərəfindən bağışlanan təyyarə ilə uçacaq.

"Unikal" xəbər verir ki, o, hazırkı prezident təyyarəsi olan "Air Force One"la uçmaqdan imtina edib. Bu barədə NBC iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Lakin NBC mənbələri İrandan gələn təhdidlərdən sonra zəruri olan təkmilləşdirmə ilə bağlı sualların qaldığını qeyd ediblər. Bu təhdidlər Trampı iyul ayında Türkiyədən öz təyyarəsi əvəzinə gizli hərbi təyyarə ilə evə qayıtmağa məcbur edib.

Şəbəkənin məlumatına görə, təyyarə yalnız qismən təkmilləşdirilib və kosmetik təmirdən keçib, baxmayaraq ki, Ağ Ev əvvəllər daha geniş işlərin görülməli olduğunu bildirmişdi. Tramp sentyabr ayında 60 gün ərzində böyük bir təkmilləşdirmə vəd etmişdi, lakin oktyabr ayında təyyarəni artıq İrlandiyaya və ABŞ-a uçurmuşdu.