Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

"Unikal" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri bu barədə "X" hesabında yazıb.

"Azərbaycan-Aİ tərəfdaşlığını, onun inkişaf edən əməkdaşlıq gündəliyini, həmçinin əsas regional və beynəlxalq prosesləri müzakirə etmək məqsədilə Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Aİ-nin xüsusi nümayəndəsi xanım Maqdalena Qrono ilə görüşdən məmnun oldum.

Enerji təhlükəsizliyi, əlaqəlilik və regional sabitlik daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi apardıq", - H.Hacıyev qeyd edib.