"Ölkəmizin strateji valyuta ehtiyatları 4,1% artaraq, 10 ayın nəticələrinə əsasən 88,6 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu isə kifayət qədər böyük yastıq deməkdir. Bizim strateji valyuta ehtiyatlarımız 40 aylıq mal və xidmətlərin idxalının ödənilməsinə kifayət edir. Birbaşa xarici dövlət borcunu isə 20 dəfə üstələyir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
"Bu, ümumiyyətlə, böyük nailiyyətdir və xarici şoklara qarşı böyük bir yastıqdır. Sözsüz ki, bu nəticələri cənab Prezident tərəfindən həyata keçirilən düşünülmüş siyasətin nəticəsində əldə edə bilmişik", - deyə AMB sədri bildirib.
Anar Kəlbiyev







.jpg)







.jpg)















.jpg)



















