Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən beynəlxalq sülhə dəstək əməliyyatlarında iştirakı vasitəsilə ardıcıl töhfə verib.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.
Prezidentin köməkçisi qeyd edib ki, NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsi ilə "NATO+Azərbaycan" formatında keçirilən görüş Azərbaycan-NATO tərəfdaşlığının inkişafında əldə olunan irəliləyişi qiymətləndirmək, habelə regional və beynəlxalq gündəmdəki aktual məsələləri müzakirə etmək üçün fürsət yaradıb:
"Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən beynəlxalq sülhə dəstək əməliyyatlarında iştirakı vasitəsilə ardıcıl töhfə verib. İllər ərzində Azərbaycan-NATO əməkdaşlığı siyasi dialoqu, eləcə də müdafiə, təhlükəsizlik və potensialın gücləndirilməsi sahələrində praktiki əməkdaşlığı əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilib".
Hikmət Hacıyev görüşdə bildirib ki, Azərbaycanın 1994-cü ildə müharibə və qeyri-müəyyənlik şəraitində bu tərəfdaşlığa qoşulub.
"Bu gün isə suverenliyini bərpa etmiş, real sülh şəraitində olan və regional məsuliyyəti getdikcə artan bir ölkə mövqeyindən danışırıq. Tərəfdaşlığımız qarşılıqlı hörmətə, ortaq maraqlara və praktiki əməkdaşlığa əsaslanır. Təhlükəsiz, əlaqəli və sülh şəraitində olan Cənubi Qafqaz naminə bu tərəfdaşlığı daha da inkişaf etdirməyə hazırıq".







.jpg)







.jpg)















.jpg)



















