Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq Goranboy rayonunda vətəndaşların səyyar qəbulları davam etdirilir.

"Unikal" xəbər verir ki,bu məqsədlə, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Goranboy şəhər 58-ci məhəllə sakinləri ilə səyyar qəbul keçirib. 

Qəbul zamanı sakinlərin müraciətləri dinlənilərək, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib. Görüş zamanı, Goranboy rayonunda sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirilən tədbirlər, əhalinin sosial rifahının yüksəldilməsi, yaşayış məntəqələrinin abadlaşdırılması, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, küçə və məhəllələrin işıqlandırılması, kommunal xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə sakinlərə ətraflı məlumat verilərək, qarşıda duran vəzifələr, mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması istiqamətində həyata keçiriləcək tədbirlər diqqətə çatdırıldı. Sakinlərin təklif və rəylərinin nəzərə alınmasının, onların gündəlik həyatında qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasının daim diqqət mərkəzində saxlanıldığı vurğulandı.

Sakinlər müraciətlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Ölkə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.