Türkiyədə fəaliyyət göstərən “Barış Boyun” cinayətkar qruplaşmasının rəhbərlərindən Mehmet Recep Demirin Azərbaycandan Türkiyəyə ekstradisiyası üçün rəsmi müraciət hazırlanıb.
"Unikal" “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən yeni nəsil silahlı cinayətkar qruplaşmaya qarşı aparılan istintaq çərçivəsində Demirin qruplaşmanın rəhbərlərindən biri olduğu müəyyən edilib. Onun barəsində indiyədək 48 həbs qərarı və axtarış qərarı olduğu bildirilir.
Mehmet Recep Demir Azərbaycanda saxlanılıb. O, ölkənin Cinayət Məcəlləsində nəzərdə tutulan “qanunsuz sərhədkeçmə” cinayətinə görə həbs edilib.
Bundan sonra İstanbul Respublika Baş Prokurorluğu Demirin Türkiyəyə ekstradisiya edilməsi məqsədilə Azərbaycanın müvafiq hüquq-mühafizə və məhkəmə orqanlarına təqdim olunmaq üçün rəsmi tələbnamə hazırlayıb.
Qeyd edək ki, ekstradisiya ilə bağlı müraciətin hazırlanması Demirin Türkiyəyə təhvil verilməsi prosesinin başladığını göstərir. Onun ekstradisiyası ilə bağlı yekun qərar isə müvafiq hüquqi prosedurlardan sonra veriləcək.







.jpg)

.jpg)







.jpg)


















.jpg)

.jpg)














