Astara rayonundan nəvəsinin hərbi andiçmə mərasimində iştirak etmək üçün Gəncəyə gedən 84 yaşlı kişi ö\ü tapılıb.

"Unikal" Gencexeber.аz-a istinadən xəbər verir ki, 1942-ci il təvəllüdlü, Astara rayonunun Kakalos kənd sakini Mirzəcan Hüseynovun m3y!ti Göygöl rayonunun Hacıməlik kəndində aşkar edilib.

Məlumata görə, M.Hüseynov yaxınları ilə birlikdə hərbi xidmətdə olan nəvəsinin andiçmə mərasiminə qatılmaq üçün Gəncəyə gedib. O, səfər zamanı naməlum şəraitdə itkin düşüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.