İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Lamin Yamal zədə səbəbindən UEFA Millətlər Liqasının noyabr oyunlarında iştirak etməyə bilər.
"Unikal" xəbər verir ki, bu barədə jurnalist Alfredo Martines məlumat yayıb.
Yamalın tibbi müayinəsi zamanı dizində iltihab və maye yığılması müəyyənləşdirilib. Bu səbəbdən onun Çexiyaya qarşı bugünkü oyunda iştirak etməyəcəyi dəqiqləşib. Noyabrın 15-də İngiltərə ilə keçiriləcək görüşdə meydana çıxması isə hələlik sual altındadır.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente futbolçunun vəziyyətinə münasibət bildirib. Mütəxəssis Yamalın səhhətindəki problemin ciddi olmadığını və bərpa prosesinin müsbət getdiyini açıqlayıb. O, futbolçunun noyabrın 13-də millinin düşərgəsinə qoşulacağına və İngiltərə ilə qarşılaşmada iştirak edə biləcəyinə ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Yamal dizindən zədəni İspaniya La Liqasının 12-ci turunda “Atletiko” ilə keçirilən qarşılaşmada alıb. Həmin görüş “Barselona”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
















































