12 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qaradağ rayonu Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan Konstitusiyası: dövlət suverenliyi, hüquqi dövlət və vətəndaş həmrəyliyi” mövzusunda dəyirmi masa keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, ictimaiyyət nümayəndələri, qazilər və gənclər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib və mövzuya dair videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev iştirakçıları təbrik edib. Daha sonra çıxışında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci il noyabrın 12-də referendumla qəbul edilən və noyabrın 27-də qüvvəyə minən Konstitusiyanın müstəqil dövlət quruculuğundakı tarixi rolundan danışıb.
Ardınca çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov ötən ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətini qeyd edib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının Konstitusiyanın ölkənin bütün ərazisində tətbiqi baxımından tarixi önəmindən, gənclərin hüquqi maarifləndirilməsinin vacibliyindən danışıb.
Dəyirmi masada Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının fəalı, AnewZ TV-nin aparıcı prodüseri Anastasiya Lavrina, Aprel döyüşlərinin iştirakçısı, 166 nömrəli məktəbin hərbi rəhbəri, polkovnik-leytenant Afəddin Ağayev, Qaradağ Gənclər Evinin direktoru Leyla Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva və 223 nömrəli məktəbin müəllimi, müharibə veteranı Elsevər Cəfərov çıxış ediblər. Çıxışlarda hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının qorunması, vətəndaş həmrəyliyi və gənc nəslin dövlətçilik prinsiplərinə bağlılığının gücləndirilməsi məsələləri vurğulanıb.
Sonda xatirə fotosu çəkdirilib.




.jpg)







.jpg)


















.jpg)

.jpg)


















