Tehranda çalışan çərəz mağazasının sahibi İsrailin baş naziri Benyamin Netanyahuya bənzədiyinə görə bəzi sakinlər tərəfindən boykot edilir.

"Unikal" xəbər verir ki, satıcının mağazada əyləşdiyi anları əks etdirən görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra istifadəçilər onun üz cizgilərinin, saç düzümünün və mimikalarının Netanyahuya bənzədiyini bildiriblər.

İran və İsrail arasında davam edən gərginlik fonunda bu oxşarlıq bəzi insanların narazılığına səbəb olub. Bir qrup şəxs satıcının mağazasından alış-veriş etməkdən imtina edib və boykot çağırışları səsləndirib.

Sosial media istifadəçilərinin bir qismi mağazanın ünvanını öyrənməyə çalışıb, digərləri isə satıcının Netanyahuya bənzəməsi ilə bağlı zarafatlar ediblər.