Bakıda kütləvi dava zamanı "Sabunçu Ceyhunu" ləqəbli şəxsin qətlə yetirilməsində təqsirləndirilən şəxslərin kimliyi dəqiqləşdirilib.
"Unikal" xəbər verir ki, saxlanılan şəxslər 2002-ci il təvəllüdlü Rəhimov Emin Qoşqar oğlu və 1993-cü il təvəllüdlü Cəfərov Elmar Şücaət oğludur.
Qətli törədərək hadisə yerindən qaçıb gizlənən həmin şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.
Xətai rayonundakı restoranların birində baş verən ağır cinayətlə əlaqədar təqsirləndirilən bu şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, daha əvvəl qeyd edildiyi kimi, hadisə yerində olan, cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirməklə mütəmadi qanunsuz fəaliyyətlə məşğul olan şəxslər də müəyyən edilib. Onların kriminal araşdırmalar aparmaqla hədə-qorxu yolu ilə pul tələb etdikləri, cinayətkar dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq məqsədilə odlu, həmçinin soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurulması məqsədilə cinayətkar birlik yaratdıqları və onun fəaliyyətində iştirak etdikləri müəyyənləşdirilib. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupunun birgə keçirdiyi tədbirlər nəticəsində həmin şəbəkənin digər 11 üzvü də saxlanılıb.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
*** 18:23
Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümündə təqsirləndirilən Emin Rəhimov və Elmar Cəfərov məhkəməyə gətirilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, hər iki şəxs Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb və keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, hər iki şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, “Sabunçu Emin” ləqəbi ilə tanınan Emin Rəhimov və MMA idmançısı Elmar Cəfərov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Onlar Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən kafülırin birində kütləvi dava zamanı “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan Ceyhun Mirağayevin qətlində təqsirləndiriliblər. Bu hadisəyə görə daha 11 nəfər məhkmənin qərarı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunaraq həbs ediliblər.
Orxan Rasifoğlu







.jpg)








.jpg)




























.jpg)




