Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç növbədənkənar parlament seçkilərində koalisiyasının məğlubiyyətini etiraf edib. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu açıqlamadan dərhal sonra yerli sakinlər əllərində bayraqlar və pirotexnika vasitələri ilə küçələrə çıxaraq musiqi sədaları altında rəqs ediblər. 

Vuçiçin məğlubiyyətini etiraf etməsindən sonra "Tələbə Siyahısı - Tələbələr Qalib Gəlir" hərəkatının nümayəndələri digər iştirakçılarla birlikdə bayram tədbirlərinə qoşularaq münaqişəyə son qoyulmasını tələb ediblər. 

Hadisələr fonunda polis və jandarma qüvvələri paytaxtın mərkəzinə toplaşıb.