İstanbul və Ankarada minlərlə insan Türkiyədə jurnalistlərə qarşı artan təzyiqlərə qarşı etiraz aksiyası keçirib.
"Unikal" AFP agentliyinə istinadən xəbər verir ki, nümayişçilər media nümayəndələrinin həbslərinə, redaksiyaların bağlanmasına və müstəqil media şirkətlərinə dövlət menecerlərinin təyin edilməsinə etiraz edirlər.
Jurnalistlər, insan haqları fəalları və müxalifət partiyalarının nümayəndələrinin də daxil olduğu nümayişçilər "Bəsdir. Artıq nəfəs ala bilmirik" deyə şüarlar səsləndiriblər.
Polisin məlumatına görə, İstanbulun Asiya tərəfində ən azı 3000 nəfər toplaşıb. Onlar həbsdə olan jurnalistlərin şəkillərini tutub və "Biz susdurulmayacağıq!" və "Təzyiqə boyun əyməyəcəyik!" şüarları səsləndiriblər.
Türkiyə Jurnalistlər Birliyinin məlumatına görə, son iki ayda 11 jurnalist həbs edilib və bir neçə media orqanı fəaliyyətini dayandırıb. İnsan haqları fəalları hesab edirlər ki, son həftələrdə müstəqil mətbuata təzyiqlər daha da artıb.
Türkiyədə söz azadlığı 2016-cı ildə uğursuz çevriliş cəhdindən bəri getdikcə daha çox məhdudiyyətlərə məruz qalır. Hakimiyyət orqanları genişmiqyaslı məhkəmə prosesləri həyata keçirir və rəqəmsal platformalara çıxışı məhdudlaşdırır.
























.jpg)




























.jpg)

.jpg)
