Reper Nəvai (Nəvai Bəkirov) Qazaxıstanda narkotik qaçaqmalçılığı ilə bağlı hadisədən sonra qonorar qiymətlərini qaldırıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Mənbənin məlumatına görə, sənətçi Rusiya turnesi və Moskvada böyük konserti üçün bilet satışlarını bərpa edib. Tarixlər oktyabrdan noyabr ayına keçirilib və biletlərin qiyməti 5000 rubldan başlayır.
Sənətçi həmçinin özəl tədbirlər üçün sifarişləri qəbul etməyə hazırdır, lakin Nəvainin qonorarı indi 4 milyondan 5 milyon rubla qaldırılıb.
Qeyd edək ki, oktyabrın 14-də Qazaxıstana giriş zamanı reperin olduğu avtomobildə narkotik maddə aşkarlanıb. Barəsində iki ay müddətinə həbs qərarı çıxarılan reper məhbuslara qarşı işgəncə və qəddar rəftar halları ilə gündəmə gələn təcridxanaya yerləşdirilmişdi. Daha sonra o, girov qarşılığında sərbəst buraxılmışdı.







.jpg)

.jpg)




















.jpg)


.jpg)




.jpg)







.jpg)





.jpg)


