Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb.

"Unikal" xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləriylə bölüşüb.

O, paylaşımına bu sözləri yazıb: “Anam: Qızımız həkim olacaq. Atam: Yox, o, babasına oxşayacaq və siyasətçi olacaq”.

Aliyə musiqiyə marağının olduğunu vurğulayaraq “Gəlin, belə deyək, bu ailənin musiqiyə hər zaman marağı olub” sözlərini əlavə edib.

Qeyd edək ki, Fərhad Əliyev və Sara uzun illər əvvəl ayrılıblar. F. Əliyev müğənni Safurə Əliyeva ilə ailəlidir. Cütlüyün üç övladı var və onlar Türkiyədə yaşayırlar. (Axşam.az)