Bolqarıstanın tanınmış iş adamı, idmançı və siyasətçi Slavi Binev paytaxt Sofiyanın Pavlovo rayonunda güllələnib.

"Unikal" xəbər verir ki, Bolqarıstan mediasının məlumatına görə, polis hadisə ilə bağlı araşdırma aparır.

1965-ci ildə Sofiyada anadan olan Binev taekvondo üzrə 1992-ci ildə mütləq Avropa çempionu olub. O, həmçinin Avropa Parlamentinin deputatı və Bolqarıstan parlamentinin üzvü kimi fəaliyyət göstərib. Binev təhlükəsizlik, tikinti və əyləncə sahələrində də biznes fəaliyyəti ilə tanınıb.