Çin hakimiyyəti ölkənin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində baş verən 7,0 bal gücündə zəlzələdən zərər çəkənlərə təcili yardım olaraq 50 milyon yuan (təxminən 7,5 milyon dollar) ayırıb.

"Unikal" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, əlavə 30 milyon yuan zədələnmiş infrastrukturun bərpasına sərf olunacaq.

Zəlzələ nəticəsində 16 nəfər həlak olub, 54 nəfər yaralanıb.