Ukrayna Rusiyanın Omsk şəhərindəki "Ozon" logistika mərkəzinə dron hücumu edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, hücumdan sonra mərkəzdə yanğın baş verib. 

Bütün işçilər tez bir zamanda təxliyə edilib. Şirkətdən verilən məlumata görə, xəsarət alan yoxdur. Hadisə yerində təcili yardım xidmətləri var.

Omsk vilayətinin qubernatoru Vitali Xotsenko da hücum barədə məlumat verib, lakin hansı konkret obyektin vurulduğunu dəqiqləşdirməyib.