Fransalı MMA döyüşçüsü Pengo Bossio Vangi Paris yaxınlığındakı Trappesdə baş verən atışmada vəfat edib. 

"Unikal" xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb. 

Bossio Vangi Atch Akademiyasını təmsil edib və həvəskar kimi yarımorta çəkidə (77 kq) və orta çəkidə (84 kq) yarışıb. Onun rekordu üç qələbə və dörd məğlubiyyətdir.

Fransanın keçmiş idman naziri Amelie Oudéa-Castera sosial media səhifəsində döyüşçünün ailəsinə, klubuna və məşqçisinə başsağlığı verib.