Azərbaycanda şagirdlər üçün köməkçi mentor funksiyasını yerinə yetirəcək EduSLM adlı süni intellekt həlli istifadəyə veriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, layihə Elm və Təhsil Nazirliyi ilə BƏƏ-nin Presight G42 şirkəti arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Məlumata görə, EduSLM şagirdlərin bilik səviyyəsinə uyğun fərdiləşdirilmiş dəstək təqdim edəcək. Sistem dərsliklər üzrə sualları cavablandıracaq, testlər hazırlayacaq, ev tapşırıqlarını yoxlayıb qiymətləndirəcək. Bundan əlavə, interaktiv tədris materialları yaradacaq, şagirdlərin nailiyyətlərini təhlil edəcək və tədris prosesinin daha səmərəli təşkilinə dəstək verəcək.

Lakin müəllimlər və valideynlər platformanın tətbiqinə birmənalı yanaşmır. 

Ətraflı "İctimai" Televiziyanın süjetində: