Antalyada nümayiş etdirilən siyasi iradə Paris Sazişi çərçivəsində həyata keçiriləcək tədbirlər baxımından ümidvericidir. Gəlin, bu qətiyyəti qoruyaq, səylərimizi davam etdirək və qlobal orta temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə nail olaq”.
"Unikal" xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində keçirilən Liderlər Zirvəsi ilə bağlı açıqlamasında yer alıb.
Türkiyə Prezidenti Paris Sazişinin ikinci onilliyinə qədəm qoyduğunu xatırladaraq bildirib ki, COP31 çərçivəsində aparılan fikir mübadiləsi iqlim dəyişikliyi ilə mübarizənin həm elmi, həm də mənəvi zərurət olduğunu bir daha təsdiqləyib.
“Ölkələr fərqli təcrübələrə, prioritetlərə və şəraitə malik olmalarına baxmayaraq, ortaq məxrəcə gəlməyə hazır olduqlarını nümayiş etdirirlər. Bu mühit COP31 günlərində və ondan sonrakı dövrdə davam edəcək dialoq və əməkdaşlıq üçün möhkəm zəmin yaradır”, – deyə Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti, həmçinin “İqlim Tətbiqi Körpüsü” adlı mexanizmin COP31 iştirakçıları tərəfindən dəstəkləndiyini bildirib.
“Bu təşəbbüsün məqsədi ölkələr, maliyyə qurumları və təşkilatlar arasında daha sıx əməkdaşlıq vasitəsilə mövcud öhdəlikləri real nəticələrə çevirmək və iqlim dəyişikliyinə uyğunlaşmanı sürətləndirməkdir. Antalyada keçirilən Zirvə konkret addımların atılmasını hədəfləyir. Ölkələr öz ehtiyac və prioritetlərinə uyğun olaraq elektrikləşməni genişləndirməklə enerji təhlükəsizliyinə və inkişafa töhfə verə bilərlər. Davam edən danışıqlarda bütün tərəfləri Liderlər Zirvəsinin konstruktiv ruhunu qorumağa çağırıram”, – deyə Türkiyə Prezidenti qeyd edib










.jpg)




.jpg)

.jpg)







.jpg)


















.jpg)

.jpg)






