Salyan rayonunda ildırım düşməsi nəticəsində fərdi yaşayış evində yanğın baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində Maarif Məmmədova məxsus evdə qeydə alınıb.
Ev sahibinin sözlərinə görə, səhər saat 5 radələrində evə ildırım düşüb. Bundan sonra isə yanğın başlayıb. Alov qısa müddətdə güclənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin, Salyan rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Görülən operativ tədbirlər nəticəsində yanğın söndürülüb ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb, lakin yanğın nəticəsində evin bir otağı əşyalarla birlikdə yanıb.










.jpg)



.jpg)







































