Bakının Yasamal rayonunda yerləşən “Bravo” marketlər şəbəkəsinin mağazalarından birində satılan qida məhsulu ilə bağlı narazılıq yaranıb.
Bu barədə "Unikal"a vətəndaş Səbinə Sultanəhmədi məlumat verib.
Vətəndaşın sözlərinə görə, övladı üçün marketdən naggets alan zaman məhsulun xarab olduğu diqqətindən yayınmayıb. Məhsul evə gətirildikdən sonra onun kiflənmiş vəziyyətdə olduğu məlum olub.
Hadisə istehlakçıların satışa çıxarılan qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar yaradıb. Xüsusilə uşaqlar üçün alınan ərzaq məhsullarının yararlılıq vəziyyətinə diqqət yetirilməsi vacibdir.
Məsələ ilə bağlı “Bravo” marketlər şəbəkəsinin mövqeyi hələlik məlum deyil. Şirkətin məsələyə münasibətini öyrənməyə çalışacağıq.
Xarab məhsulun foto və videosunu təqdim edirik :
Orxan Rasifoğlu














.jpg)



.jpg)



































