Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Köçəryanın məhkəməyəqədər həbs müddətini iki ay uzatmaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, qərarı hakim Vardges Stepanyan verib.

Bu gün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi həmçinin Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanın məhkəməyəqədər həbs müddətini iki ay uzadıb.