Ukraynanın müdafiə naziri Mixaylo Fedorov Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ilə münaqişəyə görə vəzifəsindən azad edilib.

"Unikal" xəbər verir ki, bu barədə "Ukrayna Pravda" (UP) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məqalədə bildirilir ki, Ukrayna lideri döyüşə fərqli yanaşmalar səbəbindən iki hərbçi arasında davamlı münaqişədən şəxsən narazı idi. Qeyd olunur ki, Fedorov müdafiə sisteminin rəqəmsallaşdırılmasına üstünlük verirdi, Sırski isə ordunun spesifik ehtiyaclarının maliyyələşdirilməsinə diqqət yetirirdi.

Daha əvvəl Mixaylo Fedorov istefası ilə bağlı şərh verərək, Ukrayna hərbi sisteminə "sağlam düşüncə" gətirə bilmədiyini bildirmişdi.

Gülayə Mecid